Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF) “Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasında “dəvətli professor” layihəsi çərçivəsində #ChampionX Azerbaijan şirkətinin sahə rəisi Orxan Hacıyev tələbələrə seminar keçib. Orxan Hacıyevin təqdimatında neft və qaz sənayesində emal prosesləri zamanı əmələ gələn H2S-in zərərsizləşdirilməsinə dair məruzə dinlənilib. İngilis dilində keçirilən təqdimatda ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə proseslər zamanı hidrogen sulfidin əmələ gəlmə səbəbləri, yaratdığı zərərlər və onlarla mübarizə üsulları real praktiki təcrübələr əsasında şərh edilib. Mühazirədən sonra mövzu üzrə bilik yarışı keçirilib və qaliblər müəyyən edilib.