Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təkrar ali təhsil üzrə sənəd qəbulunu davam etdirir. Qəbul prosesi portal.edu.az platforması vasitəsilə elektron qaydada aparılır.
Elektron qeydiyyatdan keçmiş namizədlərin sənədlərinə universitetdə yaradılmış Qəbul Komissiyası tərəfindən təyin olunmuş tarixdə baxılır. Namizədin ilkin baza təhsili üzrə tədris proqramı ilə müraciət etdiyi ixtisasın tədris proqramı arasında fərqlər nəzərə alınaraq, uyğun ixtisaslar üzrə təkrar ali təhsil almaq hüququ verilir.
ADNSU-da təkrar ali təhsil üzrə sənəd qəbulu 2025-ci il 26 iyun tarixindən başlayıb və bu müddət ərzində 200 nəfərə yaxın namizədin sənədi təsdiqlənib. Qəbul prosesi 2025-ci il 30 avqust tarixinədək davam edəcək.
Qeyd edək ki, ADNSU-da bakalavriat səviyyəsində 17 ixtisas üzrə təkrar ali təhsil imkanı mövcuddur. Təkrar ali təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir və illik təhsil haqqı ixtisasdan asılı olaraq 2200-2800 manat təşkil edir.
İxtisaslar:
Geologiya və geofizika mühəndisliyi
Geologiya
Neft-qaz mühəndisliyi
İnşaat mühəndisliyi (dəniz neft-qaz qurğularının tikintisi)
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Mədən mühəndisliyi
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Kimya mühəndisliyi
Mexanika mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Energetika mühəndisliyi
Kompüter elmləri
İnformasiya texnologiyaları
İqtisadiyyat
Menecment
Biznesin idarə edilməsi
Qida mühəndisliyi