Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllum heyətinə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda "Azərbaycan ətraf mühit qanunvericiliyi və siyasəti" mövzusunda seminar keçirilib.
Mövzu üzrə ekspert Şamil Hüseynovun iki sessiyadan ibarət seminarda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının əməkdaşları k.ü.f.d. Kəmalə Abdullayeva və Valeh Cəfərov iştirak ediblər.
Spiker seminar iştirakçılarına “Ətraf mühitə təsirin qiymətləndirilməsi”, “Azərbaycanın ətraf mühit hüququ”, “Ətraf mühit hüququnun konstitusional əsasları”, “Ətraf mühitin mühafizəsi”, “Azərbaycanın ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalar” mövzuları üzrə geniş məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.