×

Xəbərlər

Xəbərlər 25 Jun 2025
ADNSU Macarıstanda keçirilən “Türk Dövlətlərinin Akademik Konfransı 2025”də təmsil olunur

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Macarıstanda keçirilən “Türk Dövlətlərinin Akademik Konfransı 2025”də iştirak edir. Konfransda türk dünyasının müxtəlif ölkələrindən olan ali təhsil müəssisələrinin nümayəndələri, rektorlar və alimlər bir araya gəliblər.

Tədbirdə diqqətçəkən məqamlardan biri ortaq elmi tədqiqatların maliyyələşdirilməsi məqsədilə birgə fondun yaradılması təşəbbüsünün irəli sürülməsi olub. Bu təşəbbüs türk dövlətləri arasında elmi əməkdaşlığın dərinləşməsinə və institusional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Rektor, dosent Rüfət Əzizov konfransda panel sessiyada çıxış edib, həmçinin konfrans çərçivəsində bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə təhsil sahəsində strateji əməkdaşlıq imkanları müzakirə olunub, elm və innovasiya istiqamətində yeni təşəbbüslər gündəmə gətirilib. Həmçinin, rektorlar arasında keçirilən görüşlərdə gələcək tərəfdaşlıq imkanları, tələbə və müəllim mübadiləsi, eləcə də ortaq tədris proqramlarının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş