Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin III kurs tələbələri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) gündəlik təcrübədə iştirak ediblər. “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan əyani şöbəsinin III kurs tələbələri “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun «Kimya-ekologiya» laboratoriyasında təcrübə keçib, yeni qurğu və avadanlıqlarla, həmçinin analiz laboratoriyaları ilə yaxından tanış olublar.