×

Xəbərlər

Xəbərlər 12 Dec 2024
Azİİ e-Kitab Evinin oxucularına “Taylor & Francis” beynəlxalq nəşriyyatının elektron kitablarına ödənişsiz giriş imkanı verilib

   Azərbaycan Kitabxana Informasiya Konsorsiumu (Az.KIK)  2024-cü il dekabr ayının 10-dan 2025-ci il yanvar ayının 6-na qədər Azİİ e-Kitab Evinin oxucularına “Taylor &  Francis” beynəlxalq nəşriyyatının 32.130- dan çox elektron kitablarından ödənişsiz istifadə imkanı təqdim edir. 

Qeyd edək ki, “Taylor & Francis” elm, texnologiya, mühəndislik, tibb, humanitar elmlər və sosial elmləri əhatə edən vahid platformadır. Platformaya giriş istifadəçilərə aşağıdakı imkanları verəcək: həm kitab, həm də fəsil səviyyəsində e-kitab məzmununu axtarmaq, axtarış nəticələrini mövzu sahəsi, nəşr tarixi və nəşr ili üzrə filtrləmək. 

“Taylor &Francis” platformasına mətndə verilmiş link vasitəsilə giriş əldə edə bilərsiniz. Maraqlananlar həmçinin Azİİ e-Kitab Evinə də müraciət edə bilərlər. 
 https://www.taylorfrancis.com/search?sortBy=relevance&key=&isLicensed=true 

 


Paylaş