Dekabrın 19-da “Turan Drilling & Engineering” şirkətinin Əməliyyatlar üzrə meneceri və baş direktorun müşaviri Tomislav Klenkar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə təlim keçib.
Təşkilati Reallığa əsaslanan yeni fikir və düşüncələrin inkişafına aparan addımlar və ikipilləli öyrənməyə nail olmağın metodlarından danışan mütəxəssis mövzu ilə bağlı təqdimat da edib. Öz zəngin təcrübəsini tələbələrlə bölüşən Tomislav Klenkar onların fikirlərini dinləyib və öyrənmə metodlarının hər zaman təkmilləşdirilməsinin, öz üzərində çalışmağın vacibliyini qeyd edib. Sonda tələbələrin sualları cavablandırılıb.