×

Xəbərlər

Xəbərlər 30 Jan 2019
ADNSU-da Elmi Şuranın iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin Tədris-metodiki Şöbəsinin müdiri, t.e.n., dosent Lətifə Məmmədovanı yubileyi münasibətilə təbrik edib, ona həyat və fəaliyyətində müvəffəqiyyət arzulayıb.

“Elm Mərkəzi”nin direktoru, t.e.d. Qəhrəman Həsənov mərkəzin fəaliyyəti barədə hesabat verib.

“Eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Tural Qocayev universitetin startap mərkəzinin vəziyyəti barədə Elmi Şura üzvlərinə məlumat verib.

İclasda Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənovun illik hesabatı dinlənilib.

Elmi Şuranın iclasında, həmçinin Əsaslı kitabxananın Əsasnaməsinin təsdiqi, 2019-cu il üçün professor-müəllim heyətinə veriləcək əlavə maaşların təsdiqi, ADNSU rektorunun İsrailə ezamiyyətinin yekunlarına dair hesabatı və s. məsələlər müzakirə olunub.


Paylaş