Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüblər.
Universitetin tanıtımı çərçivəsində baş tutan tədbirdə ADNSU-nun tarixi, tələbə qəbulu, həmçinin ixtisaslar və qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilib. Bununla yanaşı ADNSU-nun qoşulduğu beynəlxalq proqramlar və universitetin nəzdində yaranmış klublar (İT club, “Eazi START”, Məzun Karyera Mərkəzi), Azİİ Elektron Kitab Evi, eləcə də dərnəklər və fakültələr barədə geniş təqdimat nümayiş olunub.
Tədbirdə şagirdlərə UFAZ haqqında geniş təqdimat nümayiş olunub. UFAZ-da fransız proqramları əsasında tədris aparıldığı və sonda məzunların iki diplom (Strasburq Universiteti və ADNSU) aldıqları qeyd edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.