×

Xəbərlər

Xəbərlər 16 Feb 2019
UFAZ-da mediatur təşkil olunub

Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) mediatur təşkil olunub.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İctimai Etimad Şurasının üzvləri - Hikmət Babaoğlu, Sahib Məmmədov, Etibar Əliyev, İlham Şaban, Hacı Nuran, həmçinin Strasburq Universitetinin professoru Daniel Morvan, universitetin professor-müəllim heyəti və media nümayəndələri iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı təhsil sistemində aparılan islahatların öz bəhrəsini verdiyini deyib. UFAZ-ın 2016-cı ildə fəaliyyətə başladığını deyən rektor Mustafa Babanlı 3 il ərzində yüksək nəticələrin qeydə alındığını bildirib. "Bu il birinci kurs tələbələri qış imtahan sessiyasında ən yüksək nəticə göstəriblər. Belə ki, ilk dəfə imtahanda 94% uğurlu nəticə əldə edilib. Qeyd etməliyəm ki, bu Strasburq Universitetindəki nəticələrdən yüksəkdir" - rektor qeyd edib.

Tədbirdə çıxış edən İctimai Etimad Şurasının üzvləri UFAZ-da aparılan uğurlu islahatları yüksək qiymətləndiriblər.

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, dosent Vazeh Əsgərov və baş katib Şarlot Payen UFAZ haqqında təqdimatla çıxış edib. Tədbir iştirakçılarına UFAZ-da qəbul qaydaları, tədris prosesi və proqramları, ixtisaslar, tələbə kontingenti və s. barədə ətraflı məlumat verilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.


Paylaş