Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların növbəti seminarı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və doktorantlar iştirak edib.
ADNSU-nun Doktorantura şöbəsinin müdiri, prof. Lətafət Qardaşova iştirakçıları salamlayaraq seminar haqqında məlumat verib. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin dissertasiya işlərinin hazırlanmasında doktorantlara dəstək vermək olduğunu deyən L.Qardaşova "Təsvirlərin identifikasiya məsələsinin həllinə yeni yanaşma" mövzusunda çıxış edib.
Daha sonra müxtəlif mövzular üzrə doktorantların çıxışları dinlənilib.