×

Xəbərlər

Xəbərlər 22 Feb 2019
Azİİ Elektron Kitab Evində yeni kitabın təqdimatı keçirilib

Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində professor Urxan Ələkbərovun yeni çapdan çıxmış “İnklüziv inkişafın idarə edilməsinin əsasları” dərsliyinin təqdimatı keçirilib.

Təqdimatda ADNSU-nun prorektoru, dosent Ata Babayev, İqtisadiyyat və Menecment Fakültəsinin (İMF) dekanı, dosent İlham Rüstəmov, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova və tələbələr iştirak edib.

Təqdimatda yeni nəşr olunan kitabın tələbələr üçün əhəmiyyətindən danışılıb və cəmiyyətin inklüziv inkişafının mərhələləri təhlil edilib. Həmçinin ölkənin inklüziv inkişaf sahəsində nailiyyətlərinin təhlili ilə bağlı elmi tədqiqatların nəticələri müzakirə olunub.


Paylaş