×

Xəbərlər

Xəbərlər 22 Feb 2019
ADNSU-nun rektoru Xantı-Mansi Muxtar Dairəsində Fərman Salmanovun abidəsini ziyarət edib

Fərman Salmanov adına I Beynəlxalq akademik neft konqresində iştirak etmək məqsədilə Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı eləcə də Yuqorsk Dövlət Universitetinin rəhbərliyi və regiondakı Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi görkəmli azərbaycanlı neft mütəxəssisi və alimin abidəsini ziyarət ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Xantı-Mansiyə dəvət, həmçinin azərbaycanlılarla görüşün təşkil edilməsinə görə YDU-nun rektoru Tatyana Karminskayaya təşəkkürünü bildirib. Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edən rektor M.Babanlı görkəmli alim, Azİİ məzunu Fərman Salmanovun xatirəsini yad edib.

Abidəni ziyarət etdikdən sonra mərasim iştirakçıları Geologiya, neft və qaz muzeyində olublar. ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alim Fərman Salmanov haqqında uşaqlara məlumat verib, ali məktəbin onun kimi məzunu ilə qürur duyduğunu vurğulayıb. Sonda uşaqlardan biri Azərbaycan dilində şeir söyləyib.


Paylaş