Fevralın 25-də Azİİ Elektron Kitab Evində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən cinayətlər, həmçinin Xocalı soyqırımından bəhs edən kitab, qəzet, jurnal və məqalələr nümayiş olunub.
Sərgidə eyni zamanda "Xocalı soyqırımı: Milyon imza - bir tələb" adlı 16 cilddən ibarət kitabın bir neçə hissəsi də yer alıb. Qeyd edək ki, 16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının erməni işğalçılarının törətdikləri Xocalı soyqırımının tanınması çağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanıb.