Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq” mövzusunda təqdimatı keçirilib.
Bank əməkdaşları: İşə qəbul üzrə aparıcı mütəxəssis Elgün Qurbanov, Biznes proseslərinin təhlili şöbəsinin əməkdaşı Rəna Səfərova və İşə qəbul üzrə mütəxəssis Rəna Məmmədli tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və İT üzrə karyera istiqamətləri barədə ətraflı məlumatlar veriblər. Həmçinin tələbələrə iş həyatına doğru uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə tövsiyələr verilib, bankda mövcud olan İT layihələr haqqında təqdimat göstərilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, təqdimat bankda mövcud olan təcrübə proqramları barədə tələbələri məlumatlandırmaq, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyır.