Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fevralın 27-də İstanbulda işinə başlayan Avrasiya Universitetləri Birliyinin “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir. 70-dən artıq ölkədən universitet rəhbərləri və ekspertlərin iştirak etdiyi tədbirdə 4-cü sənaye inqilabı dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası, universitetlərin akkreditasiyasına həsr olunmuş panellər və seminarlar təşkil olunub.
Konfrans çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə çoxsaylı görüşlər keçirib, ADNSU haqqında məlumatları çatdırıb.
Avrasiya Universitetləri Birliyinin toplantısı öz işini martın 1-də yekunlaşdıracaq.