Fevralın 28-də “Bakı Modern Məktəbi”nin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev şagirdlərə rektor, professor Mustafa Babanlının salamını çatdırıb, universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.
Daha sonra şagirdlər universitetin Mineralogiya Muzeyini, “Azİİ Elektron Kitab Evi”, həmçinin kimya laboratoriyasını ziyarət ediblər.