×

Xəbərlər

Xəbərlər 01 Mar 2019
ADNSU-da EMİNERA şirkətinin təlimi baş tutub

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin növbəti təlimi keçirilib.

“İnformasiya texnologiyalarının insan həyatında rolu”, “Java proqramlaşdırma dili” və “Xaricdə təhsil” mövzularında olan təlim EMİNERA şirkətinin nümayəndələri Qabil Əliyev, Emin Zeynalov və Səbinə Abdurəhmanova tərəfindən aparılıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, EMİNERA hüquqi şirkət olaraq təsis edilib və 2008-ci ildən bir çox layihələrdə iştirak edib. EMİNERA şirkəti xaricdə təhsil xidməti, informasiya texnologiyaları (İT) sahəsi və ictiamiyyətlə əlaqələr (PR) üzrə bazarın iştirakçısıdır. EMİNERA 2 şirkət - EMİNERA ACADEMY və EMİNERA PR olaraq fəaliyyət göstərməktədir.


Paylaş