×

Xəbərlər

Xəbərlər 02 Mar 2019
ADNSU-da növbəti “Açıq mikrofon” keçirilib

Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, tələbələr və valideyinlər iştirak edib.

Tədbir iştirakçılarını salamlayan rektor, professor Mustafa Babanlı əvvəlcə payız semestrinin imtahan sessiyasının nəticələri barədə məlumat verib. Universitetdə son dövrlər həyata keçirilən yeniliklərədən və islahatlardan danışan rektor Mustafa Babanlı yeni qiymətləndirmə sisteminin tətbiqinin qarşıda duran əsas prioritet məsələ olduğunu bildirib. Yeni qiymətləndirmə siteminin tətbiq mexanizmlərindən danışan rektor M.Babanlı semestr ərzində kurs işi-kurs layihələrinin də nizamlanmasınının vacibliyinə toxunub.

Rektor, professor Mustafa Babanlı həmçinin auditoriyaların “Veb auditoriya” sisteminə keçirilməsi, həmçinin  elektron tədrisin daha geniş vüsət alması, tədrisədə keyfiyyətin yüksəldilməsi, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi, materaial texniki bazanın yaxşılaşdırılması  və s. istiqamətdə görülən işlədən söz açıb.

Əlavə olaraq görüləcək işlərdən və yeni layihələrdən danışan rektor M.Babanlı cari semestrdə bir  neçə laboratoriyanın və eyni zamanda HPC mərkəzin açılacağını vurğulayıb. Bunlarla yanaşı 2020/2021-ci tədris ilindən qəbulun yeni təsnifata uyğun  aparılacağını deyən rektor M.Babanlı universitetə dünya səviyyəli İT üzrə kurslarının gətiriləcəyini və bu istiqamətdə işlərin mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

Daha sonra 2018/2019-ci il qış imtahan sessiyasında kurslar üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.


Paylaş