Martın 1-də tarixlərində Gəncədə ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürüb. Cüdo üzrə keçirilən yarışlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 7 nəfər tələbə iştirak edib. Tələbələrimizdən 1 nəfər I, 3 nəfər II, 3 nəfər isə III yeri tutub.
Qeyd edək ki, Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası təşkilatının qərarına əsasən 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülməsi ilə əlaqədar stolüstü tennis və şahmat yarışlarının da Gəncə şəhərində keçirilməsi planlaşdırılıb.
Universiada yarışları oktyabrda başa çatacaq.