×

Xəbərlər

Xəbərlər 05 Mar 2019
ADNSU-da Elmi Şuranın iclası keçirilib

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə məlumat verib.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika kollecinin direktoru Mehman Abduləzizov hesabatla çıxış edib.

Daha sonra Elmi katib Yetər Əliyeva kvalifikasiya məsələləri barədə çıxış edib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına yekunu haqqında barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.

Elmi Şuranın iclasında Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova 2018/2019-cu tədris ilində doktoranturaya qəbulun nəticələri haqqında danışıb.

İclasda İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov illik hesabat verib.

Elmi Şuranın iclasında, həmçinin ADNSU nümayəndə heyətinin Rusiyanın Xantı-Mansi şəhərinə və Türkiyənin İstanbul şəhərinə ezamiyyətinin hesabatı və s. məsələlər dinlənilib.


Paylaş