Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzi və “Dərs Evi” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə təlim keçirilib.
Təlimçilər Günel Rəsulova “İş müsahibəsinə hazırlıq”, Toğrul Ələkbər “Xaridə təhsil”, İnara Mirza “Şəxsi brendinq”, Nərmin Məmmədova isə “Xarici dil bilməyin üstünlükləri” mövzularında çıxış ediblər.
Təlimdə, həmçinin tələbələrə düzgün CV hazırlanması qaydaları, iş müsahibəsinə hazırlıq, xaricdə təhsilin əhəmiyyəti, karyera imkanları, brendin yaradılması haqqında, eyni zamanda xarici dil biliyinin üstünlükləri barədə fikirlərini bölüşüblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.