Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ürək sözlərini çatdırıb. Qadının cəmiyyətdə öncə ana kimi rolundan danışan rektor M.Babanlı yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilən müasir Azərbaycan qadınının cəmiyyətdə və sosial sferada yüksək mövqe tutduğunu qeyd edib. Həmçinin rektor M. Babanlı 8 martın bütün dünyada bayram kimi qeyd edilməsi tarixindən söz açıb.
Daha sonra ADNSU-nun bir qrup xanım əməkdaşlarına və tələbələrə hədiyyələr təqdim edilib.