×

Xəbərlər

Xəbərlər 11 Mar 2019
ADNSU-nun “Azneft” ŞHK komandası Moskvada Mərkəzi Liqanın festivalında uğurla çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu (ŞHK) komandası Rusiyanın Moskva şəhərində keçirilən Moskva və Moskva ətrafı Mərkəzi Liqasının festivalında iştirak edib.

7-10 mart tarixlərində keçirilən festivalda hər gün 2 oyun keçirilib. Oyunlarda 10-18 komanda iştirak edib. Festivalın sonunda ADNSU-nun “Azneft” ŞHK komandası 125 komanda arasından Beynəlxalq Tələbələr Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, ADNSU-nun “Azneft” ŞHK komandası Azərbaycan Regional ŞHK liqasının 2016 və 2017-ci ilin ikiqat çempion tituluna layiq görülən və 5 oyun ərzində 7 kubok qazanan komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazan yeganə komandadır. Komandamız Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “KİVİN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.


Paylaş