×

Xəbərlər

Xəbərlər 15 Mar 2019
ADNSU rektoru Novruz bayramı münasibətilə universitetin fakültə və şöbələrinin əməkdaşları ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı  Novruz bayramı  münasibəti ilə universitetin fakültə və şöbələrində olub.

Geoloji-kəşfiyyat, Qaz-neft Mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment fakültələri, həmçinin Əcnəbi tələbələrlə iş üzrə dekanlıq, Magistratura bölməsi və digər şöbələrə baş çəkən rektor M.Babanlı universitet kollektivini bahar bayramı münasibətilə təbrik edib, hər kəsə can sağlığı və yaradıcılıq uğurları arzu edib. Fakültə əməkdaşlarına bayram təbriklərini çatdıran rektor daha sonra universitetdə görülən işlərdən, mövcud nöqsanlardan və qarşıda duran planlardan danışıb, son illərdə universitetin qazandığı nailiyyətləri qeyd edib.

ADNSU-nun nüfuzunun artmasını, qəbul göstəricilərinin sürətli yüksəlişini, təhsil kontentinin yaxşılaşmasını, maddi-texniki bazanın yenilənməsini universitetin son dövrdə qazandığı nailiyyətlərin əyani sübutu kimi qiymətləndirən rektor M.Babanlı mövcud nöqsanların aradan qaldırılması istiqamətində də işlərin görülməsinin vacibliyinə toxunub.

ADNSU-nun fakültə dekanları və əməkdaşları bayram təbrikinə qoşularaq, onlara göstərilən diqqətə görə rektor M.Babanlıya təşəkkürlərini ifadə edib, universitetin nüfuzunun artması və qarşıya qoyulan hədəflərə dəstək verilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.


Paylaş