×

Xəbərlər

Xəbərlər 15 Mar 2019
ADNSU-nun rektoru istehsalat təcrübəsinə cəlb olunan tələbələrlə görüşüb

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı istehsalat təcrübəsində iştirak edən IV kurs tələbələri ilə görüşüb.

Tədbiri giriş sözü ilə açan rektor, professor Mustafa Babanlı öncə qarşıdan gələn Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolundan söz açan rektor M.Babanlı prezident İlham Əliyevin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn yeniliklərdən və görülən işlərdən danışıb.

ADNSU-da tələbələrin diplom işlərinin mövzularına uyğun istehsalat təcrübəsinə cəlb olunmasına xüsusi diqqət göstərildiyini bildirən rektor M.Babanlı hazırda 2132 nəfər tələbənin istehsalat prosesinə cəlb olunduğunu deyib. Rektor M.Babanlı həmçinin istehsalat təcrübəsi prosesindən, hazırki qiymətləndirmə meyarlarından, antiplagiat proqramından, təqaüdlərdən, həmçinin  aralıq imtahanlarından danışıb. Universitetdə həyata keçirilən islahatlardan və qarşıda duran yeniliklərdən bəhs edən rektor M.Babanlı ilin sonuna kimi 2 laboratoriyanın və HPC mərkəzin açılacağını qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş