×

Xəbərlər

Xəbərlər 15 Mar 2019
ADNSU-da “Həyatla oyun” tamaşası nümayiş olunub

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən tamaşaya quruluş verən İntiqam Soltan cəmiyyətin ən böyük problemlərindən olan narkomaniya və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə mübarizənin əhəmiyyətindan danışıb və tamaşanın tələbələrin maarifləndirilməsindəki rolundan bəhs edib.

Sonra “Həyatla oyun” tamaşası nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2. 1-ci bəndində gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi aidiyyəti təşkilatların üzərinə vəzifə kimi qoyulub. Gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə “Həyatla oyun” tamaşası Gənclər və İdman Nazirliyinin  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə sağlam həyat tərzinin təbliği məqsədi ilə hazırlanıb.


Paylaş