×

Xəbərlər

Xəbərlər 15 Mar 2019
Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının baş katibi UFAZ-da mühazirə keçib

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının baş katibi Eden Mamutun “4-cü nəsil Sənaye İnqilabına Universitet Perspektivindən müraciət” mövzusunda mühazirəsi baş tutub.

Mühazirədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov və Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının nümayəndə heyəti iştirak edib.

"İstehsalatda qlobal vəziyyət və cərəyanlar", "Avropanın dünya istehsalatında rolu və maraqları" mövzularına toxunan Eden Mamut bu istiqamətdə rəqəm və göstəricilərin əks olunduğu geniş təqdimatla çıxış edib.

Sonda tədbirdə iştirak edən ADNSU və UFAZ tələbələrinin sualları cavablandırılıb.


Paylaş