SOCAR Polymer MMC-nin Keyfiyyətin Təminatı və Keyfiyyətə nəzarət üzrə Elektrik və Nəzarət-ölçü Cihazları İnspektoru Heybət Muradov “dəvətli professor” qismində "Güc elektronikası və intiqalın idarə edilməsi" fənnindən keçirilən mühazirədə iştirak edib. Mühazirə Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov tərəfindən aparılıb.
Təmsil etdiyi qurum haqqında ətraflı məlumat verən Heybət Muradov tələbələrlə öz təcrübəsini bölüşüb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.