×

Xəbərlər

Xəbərlər 28 Mar 2019
ADNSU-nun “Universitet qrantı” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm Mərkəzinin elan etdiyi “Universitet qrantı” müsabiqəsinin qalibi olan layihələrin rəhbərləri ilə görüş keçirilib. Tədbirdə rektor, professor Mustafa Babanlı, həmçinin universitetin professor-müəllim iştirak edib.

“Elm Mərkəzi”nin direktoru, t.e.d. Qəhrəman Həsənov layihələr haqqında ümumi məlumat verib və layihələrin icra prosesi barədə danışıb.

Daha sonra layihə rəhbərləri son 3 ayda görülən işlər haqqında hesabat veriblər.

Qeyd edək ki, “Neftin, qazın nəqli və saxlanması” və “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının "Mono və multifazalı axınların xüsusiyyətlərinin modelləşdirilməsi əsasında boru kəmərlərinin istismar səmərəliliyinin artırılması", “Neft qaz avadanlığı” kafedrasının “Yüksək təzyiq altında aqressiv mühit şəraitində işləyən düzaxınlı siyirtmə konstruksiyasınln işlənməsinin elmi əsasları”, “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiası” kafedrasının “Korroziyaya qarşı örtük kompozisiyası”, Doktorantura şöbəsi və “Faydalı qazıntı yataqlarının süxurlarının fiziki xassələri” ETL-in “Azərbaycanın  karbohidrogen yataqlarında laydaxili və laylar arası, eləcə də neft-ana qatları ilə miqrasiya-axın sahələrinin modelləşdirməsi”, “Nanomateriallar və nanotexnologiyalar” ETL-in “Maqnetik funksional materialların işlənməsi” və “Energetikanın problemləri” ETL-in “Alternativ enerji mənbələri əsasında ADNSU-nun tədris və inzibati binalarında hibrid enerji təchizatı sisteminin işlənməsi” mövzuları “Universitet qrantı” müsabiqəsinin qalibi olub.

Qrant münsabiqəsində qalib gəlmiş layihələrin icra müddəti 1 il, hər bir qrantın məbləği isə 50 min manatadəkdir. Layihələrin icrasına 2019-cu il yanvar ayından etibarən başlanılıb. Layihələrin maliyyələşdirilməsi tranşlar üzrə dörd mərhələdə, görülən işlərin montironiqinin nəticələri əsasında aparılacaq. Sonuncu tranş layihə tam şəkildə hazır olduqdan və təhvil verildikdən sonra layihə müəlliflərinə təqdim olunacaq.


Paylaş