×

Xəbərlər

Xəbərlər 29 Mar 2019
Azİİ Elektron Kitab Evində yeni kitabların təqdimatı keçirilib

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, professor Ələkbər Həsənovun yeni nəşr olunan "Neftin destruktiv emal texnologiyası prosesləri" adlı dərs vəsaitlərinin, həmçinin Kimya-texnologiya fakültəsinin müəllimləri Nigar Məmmədova, Elvira Hüseynova və Sevinc Məmmədxanovanın müəllifi olduqları "Kimya mühəndisliyinin müasir problemləri" adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.

Təqdimatda qeyd olunub ki, dərslik neft və qaz emalının termiki proseslərinin nəzəri əsasları və texnologiyası, həmçinin neftin və qazın  emalının nəzəri əsasları sahəsini, digər dərs vəsaiti isə neft emalının yanacaq və yağ variantları, neft emalı zavodlarının layihələndirilməsi prinsipləri, qeyri yanacaq məhsullarının alınması üçün qudronun emalı mövzularına həsr olunub. Qeyd olunub ki, hər iki dərslik bu ixtisasda təhsil alan magistr və bakalavr pilləsinin tələbələri üçün nəzərdə tutulub.


Paylaş