×

Xəbərlər

Xəbərlər 04 Apr 2019
ADNSU-da Elmi-metodik və təlim seminarı keçirilib

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cihazqayırma mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə Elmi-metodik və təlim seminarı keçirilib. Tədbirdə qonaq qismində Velosi Asset İntegrity Ltd. Şirkətinin direktoru İjaz Ul Karim Rao, Ankalite şirkətinin baş direktoru Ertoğrul Yılmaz, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Sminarda “Mühəndislik xidmətləri”, “Proseslər mühəndisliyi”, “Mülki müdafiə və struktur mühəndisliyi”, Mexanika mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “İnformasiya texnologiyaları və idarəetmə”, “Sistem analizləri”, “Sağlamlıq və təhlükəsizlik, ətraf mühitə təsirin qiymətləndirilməsi mövzularında müzakirələr aparılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş