×

Xəbərlər

Xəbərlər 05 Apr 2019
"Bakı Tekstil Fabriki"ndə istehsalat təcrübəsinə cəlb olunan tələbələrlə görüş keçirilib

Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllimi "Bakı Tekstil Fabriki" (BTF) MMC-də istehsalat təcrübəsinə cəlb olunmuş “Sənayeninin təşkili və idarə olunması” və “Marketinq” ixtisası üzrə ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

BTF-nin icraçı direktoru Elçin Babayev fabrikin iş prinsipi, burada istehsal olunan məhsullar haqqında məlumat verib, həmçinin tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb. ADNSU tələbələrinin təcrübə prosesində yüksək fəallıq göstərdiklərini deyən E.Babayev onlardan bəzilərinin məzun olduqdan müəssisədə işlə təmin oluna biləcəklərini qeyd edib.

“Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov, universitetin İstehsalat təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov təcrübə prosesini müşahidə edib, tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Görüşdə tələbələrin buraxılış işi mövzularının müəssisə ilə uyğunluğu, təhlükəsizlik qaydaları və s. müzakirə olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Qаfqаz bölgəsində tохuculuq sаhəsində ilk fabrik olan "Bakı Tekstil Fabriki" MMC 1939-ci ildə fəаliyyətə bаşlаyıb. Hаzırdа müəssisədə 5000-dən çох çеşidli müхtəlif tekstil məhsullаrı istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir.


Paylaş