Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bu yaz özün bir təbiət yarat" devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.
Aksiya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Qobustan Dövlət Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə baş tutub. Qobustan qoruğunda Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində 30 metr zolaqda yerli landşafta uyğun 3000-dən artıq nar, əncir, badam, sərv, Eldar şamı, zeytun və digər növ ağac əkilib.
Ağacəkmə aksiyasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup müəllim və tələbəsi də iştirak edib.