×

Xəbərlər

Xəbərlər 17 Apr 2019
ADNSU-nun rektoru Yüksək Texnologiyalar Parkında olub

Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti Yüksək Texnologiyalar Parkını ziyarət ediblər.

Görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ADNSU nümayəndələrini Parkın fəaliyyəti ilə yaxından tanış edib, İnnovasiyalar Agentliyinin gələcək tədbir və planları ilə bağlı ətraflı məlumat verib.

Eyni zamanda rektor Mustafa Babanlı tərəfindən universitetdə yüksək texnologiyalar sahəsində aparılan araşdırmalar, tələbələrin startap layihələri, həmçinin, universitetdə formalaşdırılan ekosistem haqqında geniş məlumat verib.

Görüşün sonunda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Paylaş