Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzi və “Dərs Evi” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə təlim keçirilib.
Təlimdə Mərkəzin əməkdaşı Viktor Başarov tələbələr üçün iş imkanları yaradan “Карьера твоей мечты” layihəsi haqqında ətraflı məlumat verib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Dərs Evi” Dünyada uğur qazanmış təcrübələrlə Azərbaycanın təhsil proqramının sintezi nəticəsində yaranmış və standartlaşdırılmış imtahanlara hazırlıq sahəsində innovativ yanaşma tətbiq edən tədris mərkəzidir. “Dərs Evi”ndə abituriyentlərə lazımi biliklərlə yanaşı, stresli vəziyyətlərə qarşı hazırlıqlı olmaq da tədris edilir.