×

Xəbərlər

Xəbərlər 18 Apr 2019
Tələbələrə Azİİ Elektron Kitab Evindən istifadə qaydaları izah olunub

Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində tələbələrin iştirakı ilə tədbir keçirilib.

Kitab Evinin direktoru Səlahət Mahmudova və Elektron resurslar bölməsinin müdiri Ruhanə Qasımova tələbələrə kitab evinin ümumi istifadə qaydaları, qeydiyyat, çap məhsullarından və digər informasiya daşıyıcılarından istifadə qaydaları, oxucuların hüquqları və vəzifələrini izah ediblər.

Görüşdə, həmçinin kitab evinin “EBSCO” və “One Petro” beynəlxalq nəşriyyat bazalarına giriş və həmin bazalardan istifadə imkanları haqqında ətraflı məlumat verilib.

Tədbirdə Azİİ Elektron Kitab Evi ilə Bakı Amerika Mərkəzi arasında əlaqələrin genişləndirilməsi, mərkəz tərəfindən universitetə hədiyyə olunmuş kitablar, onların elektron resurs bazalarına giriş və çap məhsullarından istifadə imkanları diqqətə çatdırılıb.

Sonda oxucuları maraqlandıran suallar cavablandırılıb.


Paylaş