Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri, əməkdar mühəndis, ADNSU-nun professoru İskəndər Şirəli və Neft-mexanika fakültəsinin professoru Ramiz Həsənov tərəfindən yazılmış “Бурение скважин: Инновационная техника и технология” (“Drilling of the wells Innovative technics and technology”) kitabının təqdimatı keçirilib.
Təqdimatda ADNSU-nun Elmi İşlər üzrə prorektoru Rauf Əliyarov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova, həmçinin Kompleks Qazma İşləri Trestinin əməkdaşları və universitet tələbələri iştirak edib.
Qeyd olunub ki, hər iki dərslik bu ixtisasda təhsil alan magistr və bakalavr pilləsinin tələbələri üçün nəzərdə tutulub.
Sonda tələbələrin sualları cavablandırılıb.