Aprelin 22-də Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Məmmədov “dəvətli professor” qismində “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasının qonağı olub. Görüşdə kafedra müdiri, professor Fariz Əmirov, həmçinin kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Dəvət üçün kafedra rəhbərliyinə təşəkkür edən, professor Bəxtiyar Məmmədov bu cür görüşlərin keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra prof. B.Məmmədov tələbələrə "Polikondensləşmə" mövzusunda mühazirə keçib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.