Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “dəvətli professor” qismində “İctimai fənlər” kafedrasının qonağı olub.
Görüşdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Könül Bünyadzadə tələbələrə "Səni sən edən nədir? - Gəncliyin fəlsəfəsi" mövzusunda çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.