×

Xəbərlər

Xəbərlər 25 Apr 2019
ADNSU-da “Dəvətli professor” layihəsi çərçivəsində bir neçə seminar keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihazqayırma mühəndisliyi” kafedrasında “Dəvətli professor” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda “OPTİMUM METROLOGY SERVICES” MMC-nin laboratoriya müdiri Rahim Babayev “Ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma  mühəndisliyi” ixtisası üzrə təhsil   alan tələbələr iştirak edib.

Qeyd edək ki, “Dəvətli professor” layihəsi çərçivəsində aprelin 9-u və 22-də “Cihazqayırma mühəndisliyi” kafedrasında seminarlar keçirilib.

Aprelin 22-də “Süni tənəffüs aparatı və anestezi cihazlarının iş prinsipi” mövzusunda praktiki seminarda universitetin rektoru, prof. Mustafa Babanlı, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Tərbiyə işləri üzrə prorektor dosent Ata Babayev iştirak edib.

Aprelin 9-da Nərgiz Medical klinikasının direktoru, Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb elmləri doktoru Məlahət Qəhrəmanovanın iştirakı ilə “Səhiyyənin təşkili və kliniki monitorinq” fənnindən sillabus üzrə seminar keçirilib. M.Qəhrəmanova sillabus mövzusu üzrə keçirilən seminarda  həzm sistemi xəstəliklərinə aid müasir məlumatlar və alqoritmik tibbi diaqnostikanın aparılması metodları barədə ətraflı məlumat verib.


Paylaş