×

Xəbərlər

Xəbərlər 26 Apr 2019
ADNSU-da “Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin qalibləri müəyyən olunub

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin final mərhələsi keçirilib.

Tədbirin açılışında ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev, həmçinin orta məktəbin 4-8-ci sinif şagirdləri və müəllimlər iştirak edib.

ADNSU-nun prorektoru A.Babayev rektor, professor Mustafa Babanlının iştirakçılara salamını çatdırdıqdan sonra şagirdlərə uğurlar arzu edib.

Müsabiqənin sonunda I, II və III yerin qalibləri diplomla təltif olunublar.


Paylaş