×

Xəbərlər

Xəbərlər 29 Apr 2019
Fransalı professor ADNSU tələbələrinə seminar keçib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) “Dəvətli professor” layihəsi çərçivəsində daha bir seminar keçirilib. Fransalı professor Phillips Guys Qaz-Neft-Mədən Fakültəsinin (QNMF)  III kurs tələbələrinə “Qazma üsulları və quyularda aparılan işlər” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda P.Guys neft quyularının qazılma üsulları və müasir texnioloji yeniliklər barədə geniş təqdimatla çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Paylaş