Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Norveçin Stavanger universitetinin 2 illik “Avrasiya-2019” layihəsinin qalibi seçilib.
ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının təqdim etdiyi layihə Stavanger universitetinin “Avrasiya-2019” layihəsinin 8 qalibindən biri seçilib. Layihə çərçivəsində sillabusların yenilənməsi və Avropa standartlarına uyğunlaşdırılması, həmçinin tələbə mübadiləsi və yay məktəbinin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 2 nəfər ADNSU tələbəsinin magistratura səviyyəsində təhsillərini Norveçin Stavanger universitetində davam etdirməsi də nəzərdə tutulur.