×

Xəbərlər

Xəbərlər 02 May 2019
ADNSU-da Elmi Şuranın iclası keçirilib

Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə məlumat verib.

“Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti  Elviz İsmayılov Tələbə elmi cəmiyyətinin işi haqqında hesabat verib.

Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru, dosent Hamlet Hüseynov professor-müəllim heyətinin stajkeçməsi və ixtisasartırmanın təşkili haqqında məlumat verib.

Elmi Şuranın iclasında ADNSU-nun “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Hüseynin hesabatı dinlənilib.

Daha sonra Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova illik hesabat verib.

Elmi Şuranın iclasında, həmçinin doktoranturaya qəbul olunmuş doktorantların və dissertantların dissertasiya işlərinin mövzularının və elmi məsləhətçilərinin təsdiq edilməsi, magistrlik dissertasiyalarına elmi və proqram rəhbərliyi üçün nəzərdə tutulmuş akademik yükün planlaşdırılmasının təkmilləşdirilməsi, təkrar ali təhsil üzrə qiyabi şöbədə dövlət imtahanlarına giriş ballarının hesablanması, magistr təhsil pilləsinin II kursunda həyata keçirilən elmi-tədqiqat və elmi-pedoqoji təcrübələrin təşkili, ADNSU-da innovasiya proseslərinin tədrisdə tətbiqi və s. məsələlər müzakirə olunub.


Paylaş