×

Xəbərlər

Xəbərlər 03 May 2019
ADNSU tələbələri sertifikatla təltif olunub

29 aprel – 3 may tarixlərində “Dəvətli professor” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olan fransalı professor Phillips Guysın təlimi başa çatıb. Həftə ərzində hər gün saat 10:00-dan 14:00-a qədər təşkil olunan dərslər universitetin və şirkətin əməkdaşlıq razılaşması çərçivəsində həyata keçirilib.

“Qazma üsulları və quyularda aparılan işlər” mövzusunda keçirilən seminarda iştirak edən Qaz-Neft-Mədən Fakültəsinin (QNMF) III kurs tələbələri sertifikatla təltif olunublar.

Qeyd edək ki, tədbir Total şirkəti və Total Professorlar Assosiasiyası tərəfindən təşkil olunub.


Paylaş