Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri (ADNSU) “Azərbaycan Universitetləri Təhsil Sərgisi-2019” təhsil sərgisində iştirak edib.
Zəfər Kurslarının təşkilatçılığı ilə keçirilən sərgidə ADNSU öz stendi ilə təmsil olunub. Stendə yaxınlaşan və ADNSU ilə maraqlanan ziyarətçilərə universitetdə tədris olunan ixtisaslar, qəbul göstəriciləri, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, həmçinin ali məktəbdə tələbələr üçün yaradılan imkanlar haqqında məlumat verilib. Universitetin fəaliyyəti haqqında suallar cavablandırılıb.
Qeyd edək ki, “Azərbaycan Universitetləri Təhsil Sərgisi” Zəfər kursları tərəfindən ilk dəfə təşkil olunub. Sərgidə 26 universitet, kollec və hazırlıq kursu təmsil olunub. Sərginin əsas məqsədi ölkədə təhsil almaq istəyən bütün şagirdləri arzuladıqları ali məktblərin nümayəndələri ilə bir araya gətirib ətraflı məlumat almağa imkan yaratmaq olub.