×

Xəbərlər

Xəbərlər 13 May 2019
ADNSU-da məktəblilər üçün ekskursiya təşkil olunub

Mayın 13-də Abşeron rayonu 5 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib. Sonra universitetin Mineralogiya muzeyini ziyarət edən şagirdlər burada saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar.

Daha sonra “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında olan məktəblilərə riyaziyyat dərsi keçilib. Ekskursiyanın məqsədi şagirdləri ali məktəb mühiti ilə tanış etmək, onlarda riyaziyyat elminə maraq oyatmaqdır.

Sonda məktəblilərlə xatirə fotosu çəkilib.


Paylaş