Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ukrayna Milli Elmlər Akademiyasının nümayəndəsi Anatoliy Titenko ilə görüş keçirilib. Görüşdə elm və texnika işləri üzrə prorektor, professor Rauf Əliyarov, həmçinin universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbirdə tərəflər arasında birgə elmi-tədqiqat layihələrinin müzakirəsi, bakalavr, magistr və doktorluq dissertasiyalarının hazırlanması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.