Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev qonaqları universitetdə salamlayaraq tələbələrin işlə təmin olunması və istehsalat təcrübəsi prosesinə yaratdığı imkanlara görə agentliyə təşəkkürünü bildirdi.
ADNSU-nun Kimya-texnologiya fakültəsinin (KTF) dekanı Sevinc Məmmədxanova faküktə, ixtisaslar, istehsalat və ilboyu təcrübə haqqında təqdimatla çıxış edib.
Sonra AQTA-nın Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə agentliyə işə qəbul qaydaları, vakansiyalar və dövlət qulluğuna qəbulla bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.